Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119905
az

DYP sürücülərə müraciət etdi

12:1111 Oktyabr, 2024
55
CƏMİYYƏT
  • A

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı müraciət yayıb.

Oxu24.com İdarəyə istinadən xəbər verir ki, müraciətdə deyilir:

“Sinoptiklərin məlumatına görə, bu gündən başlayaraq oktyabrın 15-dək ölkə ərazisində hava şəritinin qeyri-sabit keçəcəyi bildirilib. Bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.

Baş DYP İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək fəsadların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlara yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçməyi, külək tutan açıq ərazilərdə ehtiyatlı olmağı, yağışlı havada daha çox ara məsafəsi saxlamağı, qəfil manevr və ya kəskin tormazlama etməkdən çəkinməyi tövsiyə edir.

Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-da yollarda qadağalar olacaq?- Rəsmi cavab
COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq -RƏSMİ
Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
Dünən Lənkəranda öldürülən gəncin- Fotoları