Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119892
az

Bakıda 9 ayda 1463 qəza olub- VİDEO

10:4511 Oktyabr, 2024
67
CƏMİYYƏT
  • A

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən 9 ay ərzində 1463 yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com xəbər verir ki, müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Bakı şəhər DYPİ-nin əməkdaşlarına dərhal məlumat verilib. Qeydə alınan qəzaların təhlili göstərib ki, bəzi sürücülər yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməklə yanaşı, ara məsafəsinə düzgün əməl etmirlər, yol nişanlarının tələblərini pozurlar. Nəticədə də hadisələr qaçılmaz olur və yollarda bu səbəbdən sıxlıq yaranır. Cari dövr ərzində 1557 texniki nasaz nəqliyyat vasitəsinin yollarda qalması da digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub. 

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıxlıqların vaxtında qarşısının alınması və yollarda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 55 küçə və prospekt üzrə 53 mindən çox “yaşıl dalğa” əmri tətbiq edilib. Yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu istiqamətdə işlər davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Rusiyaya gedənlərə vacib XƏBƏR! Qanun dəyişdi +VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu