Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119887
az

Vahid Mustafayevin mağazasından - 330 minlik oğurluq

10:0811 Oktyabr, 2024
107
KRİMİNAL
  • A

Bakı şəhər Yasamal rayonu Nəriman Nərimanov prospektində yerləşən “VMF Continental” mağazasından oğurluq edilib.

Oxu24.com  xəbər verir ki, mağazaya müştəri qismində gələn naməlum şəxs oktyabrın 9-u saat 17 radələrində oradan bahalı saatı oğurlayıb. Həmin şəxs dəyəri 330 min manat olan bir ədəd “Breguet” markalı qol saatını gizli şəkildə götürərək uzaqlaşıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Çin vətəndaşı Zhang Guomin oktyabrın 10-u saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci, yəni külli miqdarda oğurluq maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, VMF şirkəti tanınmış jurnalist, ANS-in rəhbəri Vahid Mustafayevə məxsusdur. Şirkətin adının abreviaturası da məhz onun adı, soyadı və ata adından götürülüb. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu
Hacıqabulda traktorla maşın toqquşdu- Xəsarət alanlar var (FOTOLAR)
Pirotexniki vasitələr satan daha 7 nəfər saxlanıldı- FOTOLAR

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu