Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119880
az

Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR

23:4510 Oktyabr, 2024
182
CƏMİYYƏT
  • A

Flinders Universitetinin alimləri beş ümumi metabolik patologiyanın hipertoniya və yüksək qan qlükoza səviyyəsi də daxil olmaqla bağırsaq xərçənginin inkişaf riskinin artması ilə əlaqəli olduğunu müəyyən ediblər.

OXU24.COM  xəbər verir ki, tədqiqatın nəticələri "Critical Reviews"in "Oncology/Hematology" jurnalında dərc olunub.

Tədqiqatçılar metabolik xəstəliklərlə kolorektal xərçəngin inkişaf riski arasında əlaqəni müəyyən etmək üçün əvvəllər dərc edilmiş 49 elmi məqalənin məlumatlarını təhlil ediblər. Sistematik təhlillər və meta-analizlər sağlam yetkin könüllülər və müxtəlif tibbi vəziyyəti olan şəxslər haqqında məlumatlardan istifadə edilib.

Nəticələr göstərib ki, kifayət qədər ümumi olan beş patologiya bağırsaq xərçəngi riskini artırır - piylənmə, hipertoniya, alkoqollu yağlı qaraciyər xəstəliyi, artıq qan şəkəri və yüksək sıxlıqlı lipoprotein çatışmazlığı. Belə xəstəliklərin kompleks inkişafı metabolik sindrom kimi tanınır.

Alimlər vurğulayıblar ki, hər il bir çox insanın tibbi müayinədən keçdiyi sadə qan analizləri metabolik sindrom riskinin qiymətləndirilməsinə və həyati təhlükəsi olan ağırlaşmalar baş verməmişdən əvvəl onun qarşısının alınmasına effektiv kömək edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ən zərərli şorba - hər gün iştahla yeyirik
Karnitin zərərlidir?
40 yaşından sonra bütün kişilərin qəbul etməli olduğu 6 vitamin

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Xadimə ilə xəyanət etdi: Tanınmış cərrahın ölümünün təfərrüatları