Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119870
az

Ağadadaş Ağayevin məhkəməsindən xəbər var

20:2310 Oktyabr, 2024
281
REDAKTORUN SEÇİMİ
  • A

Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı iddiası əsasında məhkəmə başlayıb.

Oxu24.com  xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 23-nə təyin olunub.

Qeyd edək ki, bu ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.

Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.

Ağadadaş Ağayev “Medera Hospital”ı Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.

Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldıracaqlarını bildirmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pensiya alanlara ŞAD XƏBƏR
Yeni il axşamı Moskvada zəlzələ ola bilər - Proqnoz
Heyvan bazarında kəskin bahalaşma: İnək neçəyə oldu? (VİDEO)

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu