Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119853
az

Putin Gürcüstan üçün vizasız rejimi genişləndirib

16:5810 Oktyabr, 2024
67
DÜNYA
  • A

Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün vizasız rejimin genişləndirilməsi haqqında fərman imzalayıb.

Oxu24.com xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Fərman Rusiyaya iş məqsədi ilə və ya 90 gündən çox müddətə gələn vətəndaşların kateqoriyalarını əhatə edəcək.

Putin 2023-cü il mayın 10-da Gürcüstan vətəndaşları üçün 2000-ci ildən qüvvədə olan viza rejimini ləğv edib. Eyni zamanda o, 2019-cu ildə Rusiya təyyarələrinin Gürcüstana uçuşlarına və bu ölkəyə turist turlarının satışına qoyulan qadağanı aradan qaldırıb.

Daha sonra Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın viza rejimini ləğv etməsini “daha ​​bir təxribat” adlandırıb. O, Rusiyanın “ərazimizi işğal etdiyi” və Ukraynada “hərbi xüsusi əməliyyat” apardığı bir vaxtda Rusiya Federasiyasından Gürcüstana birbaşa uçuşların bərpası və viza məhdudiyyətlərinin aradan qaldırılmasının “qəbuledilməz” olduğunu bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi 9 ölkə ilə vizasız gediş-gəlişlə bağlı sazişlərin hazırlandığını açıqlamışdı.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ailələr "TikTok"-u məhkəməyə verdi: bu səbəbə görə
Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü
İtə qarşı cinsi təcavüz: 76 yaşlı kişi həbs edilib

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi