Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119851
az

Macarıstan Xarici İşlər Nazirliyi Belarusun ölkə üçün əhəmiyyətindən danışıb

16:2010 Oktyabr, 2024
82
DÜNYA
  • A

Ukraynanın Rusiyadan neft tranzitini qismən dayandırması Belarusun etibarlı tranzit tərəfdaşı kimi Macarıstan üçün əhəmiyyətini artırıb.

Oxu24.com  xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto sosial şəbəkələrdə bildirib.

O, Sankt-Peterburqda qaz həftəsi çərçivəsində Belarus baş nazirinin müavini Viktor Karankeviç və energetika naziri Aleksey Kuşnarenko ilə danışıqların fotosunu dərc edib.

“Biz qonşu ölkə tərəfindən çətin vəziyyətə salınmağın necə bir şey olduğunu yaşadıq. Bu, digər tranzit ölkələrin etibarlılığının əhəmiyyətini artırır. Belarus bizim üçün əsas tranzit tərəfdaşdır”, - deyə Siyarto sosial şəbəkədə qeyd edib.

Macarıstanlı nazir əlavə edib ki, Paksda yeni blokların tikintisi üçün istifadə edilən eyni Rusiya texnologiyasından istifadə etməklə AES-lərin tikintisində işləyən belaruslu mütəxəssislərin təcrübəsi layihənin həyata keçirilməsini sürətləndirəcək.

Szijyarto Avropa ölkələrinin Rusiya resursları olmadan da bacara biləcəklərini bəyan edərək eqoizm və ikiüzlülük nümayiş etdirdiyini də vurğulayıb.

Bundan əvvəl “Qazprom”un rəhbəri Avropanın qaz bazarının vəziyyətini dəyərləndirib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə Ukrayna, nə də Rusiya danışıqlara hazırdır - Ağ Ev
İran Ermənistana qoşun yeridəcək? -VİDEO
BMT Putinlə Trampın mümkün görüşündə maraqlıdır

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib