Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11985
az

Əvvəl yumruqla,daha sonra taxta ilə vurulub,boğularaq Araz çayına atılıb - DİN dəhşətli qətlin detalın açıqladı

13:3715 Aprel, 2019
1093
KRİMİNAL
  • A
 
Daxili İşlər Nazirliyi İmişlidə baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Oxu24.com  nazirliyə istinadən xəbər verir ki, aprelin 13-də İmişli şəhər sakini Validə Məmmədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Araz çayının Otuziki kəndi ərazisindən keçən hissəsinin sahilində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla V.Məmmədovanın yaşadığı evin həyətində onunla qonşu olan qaynı arvadı A.Məmmədova və Qulubəyli kənd sakini O.Seyidov tərəfindən baş nahiyəsinə yumruq və taxta parçası ilə vurulmaqla, sonradan boğularaq qətlə yetirilməsi, habelə hadisə yerinin yaxınlığında “Mercedes” markalı avtomobildə gözləyən O.Seyidovun tanışları olan həmkəndliləri, sürücü A.Surxayzadənin və sərnişini H.Cəlalzadənin köməkliyi ilə meyiti kisədə avtomobilin yük yerinə qoyub Araz çayına atmaları müəyyən edilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən A.Məmmədova, O.Seyidov və H.Cəlalzadə saxlanılıblar.


Faktla əlaqədar cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisəni törədən A.Məmmədova ilə O.Seyidov arasında gizli sevgi münasibəti olub. Onları evdə bir yerdə görən Validə Məmmədova qaynına bu barədə məlumat vermək istəyib. Bu səbəbdən də onlar 29 yaşlı gəlini öldürmək qərarına gəliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 15 yaşlı qız intihar etdi
Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR

Azərbaycanda Aliment Fondu yaradılacaq - VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub?- Rəsmi açıqlama
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı