Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119827
az

“Xal qazanmaq üçün real şansımız var”- Estoniya millisinin futbolçusu

13:0610 Oktyabr, 2024
132
  • A

“Azərbaycanla evdə keçirəcəyimiz oyunda xal qazanmaq üçün real şansımız var”.

Oxu24.com xəbər verir ki, bu sözləri Estoniya yığmasının futbolçusu Mattias Kyayt UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Hazırda Rumıniyanın “Rapid” klubunda çıxış edən yarımmüdafiəçi komandasının meydana istəkli çıxacağını bildirib:

“Bu stadion azarkeşlərin qələbəni səbirsizliklə gözlədikləri yerdir. Biz sabah mütləq şəkildə Azərbaycana qalib gəlmək istəyirik. Bu da 3 gün sonra İsveçlə keçirəcəyimiz qarşılaşmadan öncə motivasiyamızı yüksəldəcək. İstənilən rəqiblə oyun futbolçunu təzyiq altında saxlayır. Bunun performansımıza pis təsir etməməsi üçün çalışacağıq”.

Qeyd edək ki, oktyabrın 11-də “Lilleküla” stadionunda oynanılacaq Estoniya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bennaser “Milan”ı  tərk    edir
“Ola bilsin ki, “Real”a qayıdım”- Ronaldo
Mariya Stadnikə    vəzifə       verildi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Saxta spirtli içkilər hazırlayan 5     nəfər      saxlanıldı