Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119822
az

Əhməd cəzadan azad edildi- Məcburi müalicə olunacaq (VİDEO)

12:5810 Oktyabr, 2024
165
KRİMİNAL
  • A

Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədova hökm oxunub.

Oxu24.com ın məlumatına görə, Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib.

Prokuror da Əhmədin anlaqsız olduğuna görə cəzadan azad edilməsini, ixtisaslaşmış xəstəxanada məcburi müalicəsini tələb edib.

Əhməd son sözündə heç nə deməyib. Deyəcək sözünün olmadığını bildirib.

Yekun qərarla, Əhməd cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.

Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinib. O şübhəli şəxs qismində saxlanılıb və fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxənasına yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ittiham irəli sürülüb

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cinayətdə şübhəli bilinən28     nəfər      saxlanıldı
Ana ilə uşaqlarının öldüyü qəzanın təfərrüatı- Fotolar
Təlim maşını ilə qəza törətdi- Ölən var

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“İnsan bir dərman üçün kənddən rayon mərkəzinə gəlməsin”
Cinayətdə şübhəli bilinən28     nəfər      saxlanıldı