Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119819
az

Putin onu vəzifəsindən azad etdi

12:4810 Oktyabr, 2024
139
DÜNYA
  • A

Rusiya prezidenti Vladimir Putin Anatoli Antonovu Rusiyanın ABŞ-dakı səfiri vəzifəsindən rəsmən azad edib.

 

Oxu24.com xəbər verir  ki, Putinin imzaladığı müvafiq fərman hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

“Antoli İvanoviç Antonov Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”, - sərəncamın mətnində deyilir.

Diplomat həmçinin Vaşinqtonda Amerika Dövlətləri Təşkilatında Rusiya üzrə daimi müşahidəçi vəzifəsindən də azad edilib.

Antonov Rusiyanın ABŞ-dakı səfiri kimi işini oktyabrın 5-də başa vurub. O, 2017-ci ilin yayında bu vəzifəyə təsdiqlənib. Oktyabrın 6-da diplomat Moskvaya qayıdıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Antonovun geri qayıtmasını şərh edərkən bildirib ki, belə bir qərar Rusiya ilə ABŞ arasında diplomatik münasibətlərin səviyyəsinin aşağı düşməsi demək deyil. Onun sözlərinə görə, Vaşinqtona yeni səfir vaxtında təyin olunacaq.

Qeyd edilib ki, yeni səfirin təyinatı ABŞ-da prezidentlik yarışının nəticələrindən asılı olmayacaq.

Bundan əvvəl Putin Oleq Levini Rusiyanın Omandakı səfiri təyin etmişdi.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlətə məxsus gəmilər satılır- Biri 295    min       manata
Avropa Parlamentinin iclasından qovuldu- Video
Zelenski müəllimlərin də cəbhəyə göndərilməsini     təklif       etdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“İnsan bir dərman üçün kənddən rayon mərkəzinə gəlməsin”
Cinayətdə şübhəli bilinən28     nəfər      saxlanıldı