Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119818
az

Gürcüstanın Avropa Parlamentinə cavabı gecikmədi

18:3510 Oktyabr, 2024
129
DÜNYA
  • A

Avropa Parlamentinin oktyabrın 9-da qəbul etdiyi qətnamə Gürcüstanda oktyabrın 26-na təyin edilmiş parlament seçkilərinə müxalifətin xeyrinə müdaxilədir.

 

Oxu24.com xəbər verir  ki, bunu hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze mətbuat konfransında deyib.


Çərşənbə günü Avropa Parlamentinin üzvləri Aİ-nin Gürcüstana ayırdığı maliyyənin dondurulmasını, eləcə də Avropa rəsmilərinin fikrincə, ölkədə “demokratiyaya zərbə vuran” şəxslərə, o cümlədən hakim partiyanın təsisçisinə qarşı sanksiyaları tələb edən qətnaməni dəstəkləyiblər.  

Sənəddə həmçinin Gürcüstanda “xarici agentlər” haqqında qəbul edilmiş qanunlar və LGBT təbliğatına qadağalar barədə tənqidlər də yer alıb.

"Bu, ölkənin daxili işlərinə müdaxilə olmaqla yanaşı, həm də seçkilərə Milli Hərəkatın xeyrinə təsir etmək cəhdidir", - Mdinaradze bildirib.

Onun sözlərinə görə, qətnamə Gürcüstan hakimiyyətini Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalar tətbiq etməyə çağırır: “Bu o deməkdir ki, iqtisadi baxımdan Gürcüstan bütün hesablamalara görə, pandemiya dövründəkindən ən azı iki dəfə pis vəziyyətdə olacaq. ”

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ rəsmiləri zorla işdən çıxarıla bilər
İtkilər çoxdur, hücum səngiyib
Rusiya hərbçiləri Kursk vilayətində pilotsuz uçan aparatı məhv ediblər

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb