Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119807
az

"50 vakant ştat vahidi üzrə 300-dən artıq namizəd qüvvəsini sınayır"- Heydər Məmmədov

12:0910 Oktyabr, 2024
92
CƏMİYYƏT
  • A

"İndiyədək işə qəbulla bağlı keçirilmiş 25 müsabiqədə uğur qazanmış 1203 hüquqşünas prokurorluq işçilərinin 89,1% faizini təşkil edir".

Oxu24.com  xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında deyib.

H.Məmmədov bildirib ki, hazırda müsahibənin - I mərhələsi, yəni test mərhələsi keçirilir.

"Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində, prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 300-dən artıq namizəd iştirak edir.

"Azərbaycan Respublikasının prokurorluq orqanlarında işə qəbulla bağlı imtahanlar ilk dəfə ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə əsasən keçirilib. 2002-ci ildən etibarən artıq 25 müsabiqə təşkil edilib. Bu müsabiqələrdə uğur qazanan 1203 gənc hüquqşünas prokurorluq orqanlarında işə qəbul olunub. Hazırda onlar prokurorluq əməkdaşlarının 89,1 faizini təşkil edir" - deyə o, əlavə edib.

“Sevindirici haldır ki, hazırda müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən 169 nəfər hazırda müstəqil rayon və şəhər prokuroru kimi və müstəqil struktur qurumların rəhbəri kimi fəaliyyət göstərir və onlardan bir neçəsi xüsusi ali rütbə alıb” - deyə H.Məmmədov əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Koronavirusun daha bir qorxulu fəsadı üzə çıxdı
Evlənmə təklifi alacağınız həmin o RESEPT
Pilot qəzadan sonra sağ qalıbmış? - Yeni detallar +VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Ölənlər və yaralı var