Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119800
az

Müğənninin mahnısı YouTube-dən niyə silindi? - Açıqlama

11:1210 Oktyabr, 2024
242
ÖZƏL BÖLÜM
  • A

Vüsal Əliyevin milyon baxışlıq videosu “YouTube”-dan silindi

Tanınmış şair Şəmsi Vəfadarla müğənni  Vüsal  Əliyev arasında mahnı qalmaqalı  barədə  məlumat  vermişdik.

Müğənniyə böyük  şöhrət gətirmiş “Ya sev,ya öldür məni” mahnısının sözlərinin  müəllifi  şair Şəmsi  Vəfadar  olsa da,müğənni  rəsmi  “Youtube” kanalında  və digər  hesablarında  sözlərin  müəllifi  kimi  özünü göstərmişdi. Bununla bağlı  saytımıza açıqlama  verən şair  Şəmsi Vəfadar müğənnini məhkəməyə  verəcəyini  açıqlamışdı.

Oxu24.com   CityPost.az xəbər verir ki, Vüsal Əliyevin ifasında olan həmin mahnı müəlliflik hüququnun pozulmasına görə “YouTube”-dən silinib. Milyonlarla baxışı olan  sevilən mahnının  silinməsindən sonra müğənni  sözügedən mahnını yenidən rəsmi “YouTube” hesabına  yükləyib.

Bu  dəfə O, əvvəlkindən fərqli olaraq mahnının  müəllifi kimi  öz adını  göstərməyib.Bununla  yanaşı mahnının sözlərinin müəllifi  Şəmsi  Vəfadarın da  adı  qeyd  edilməyib.

 

Məsələ ilə bağlı  şair  Şəmsi  Vəfadar  da münasibət bildirib.

“Vüsal Əliyev baş verənlərdən nəticə çıxararaq mahnının sözlərinin və musiqisinin müəllifi kimi bu dəfə özünü göstərməyib.Amma başa düşmür ki, hər mahnının söz yazarı və bəstəkarı olur. Müəlliflərinin  adı  qeyd olunmayan mahnı ata-anası bəlli  olmayan uşaqlara bənzəyir. Yaxşı olar ki, nə qədər gec deyil,Vüsal Əliyev etdiyi səhvi bərpa etsin ki,məhkəmə müstəvisində görüşməyək.”,-deyə Şəmsi Vəfadar bildirib.

Məsələ ilə bağlı müğənni Vüsal Əliyevlə əlaqə saxlamağa çalışsaq da,zənglərimizə  cavab  vermədi.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Azərbaycanda diri-diri basdırılan qadın görün nələri danışdı - ŞOK VİDEO
Kasıblar ən çox bu ölkələrdə yaşayır - ŞOK RƏQƏMLƏR

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Həkim sirri olan məlumat vətəndaşa bu halda veriləcək
“Cümü”nün cəzası ağırlaşdırıldı