Rusiyanın Tver vilayətində sərxoş halda 14 yaşlı məktəblini döyən qıza hökm oxunub.
Oxu24.com xəbər verir ki,bu barədə Tveriqrad saytı məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə bu il iyulun 23-də Belyanitsı kəndində baş verib. Sərxoş qız heç bir səbəb olmadan yeniyetmə qızın boynunu əli ilə tutaraq ona hücum edib. Bundan sonra təcavüzkar məktəbli qızın sifətinə bir neçə yumruq və qarnına təpik vurub.
Məhkəmədə hadisəni törədən şəxs öz günahını tamamilə etiraf edib. O, 200 saatlıq məcburi əmək cəzasına məhkum edilib.
Bundan əvvəl Sankt-Peterburqda naməlum şəxslər 12 yaşlı uşağı vəhşicəsinə döyüblər. Həkimlər uşağa qapalı kəllə-beyin travması və qansızma ilə beyin əzilməsi diaqnozu qoyublar. Zərərçəkmiş reanimasiya şöbəsinə yerləşdirilib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR