Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119776
az

Bu vitamin D-lərdə uyğunsuzluq aşkarlandı - FOTO

21:1009 Oktyabr, 2024
107
CƏMİYYƏT
  • A

"Healty Life" MMC-nin və "Caspi Pharm" MMC-nin Türkiyədən idxal etdiyi bioloji aktiv qida məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi məlum olub.

OXU24.COM xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunan bioloji aktiv qida məhsulu partiyaları aşağıdakılardır:

1. "Healty Life" MMC-nin idxal etdiyi "Pharmanor İlaç San.Tıc. Ltd.Ştı" müəssisəsinə məxsus 01.02.2024 - 01.02.2027-ci il istehsal və son istifadə tarixli, DNT07 partiya nömrəli ümumi sayı 4500 ədəd "Depovit New, daxilə qəbul üçün məhlul-damcı, 5 ml, flakonda №4" əmtəə nişanlı bioloji aktiv qida məhsulu;

2. "Healty Life" MMC-nin idxal etdiyi "Pharma Standart İlaç Medikal Kozmetik Gıda Sanayi Ticaret Limited Şirketi" müəssisəsinə məxsus 01.12.2023-01.12.2026-cı il istehsal və son istifadə tarixli, ST03 partiya nömrəli ümumi sayı 4500 ədəd "Desol-D3+, daxilə qəbul üçün məhlul-damcı, 5 ml şüşə flakonda №4" əmtəə nişanlı bioloji aktiv qida məhsulu;

3. "Caspi Pharm" MMC-nin idxal etdiyi "Unirex Healthcare Sağlık Sanayi ve Dış Ticaret Limited Şirketi" müəssisəsinə məxsus 01.01.2024-01.01.2027-ci il istehsal və son istifadə tarixli, TM240101 partiya nömrəli ümumi sayı 2000 ədəd "Tiger Man, tablet №10" əmtəə nişanlı bioloji aktiv qida məhsulu.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyaları məhv edilib.
 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nəqliyyat Artıq günün bütün vaxtları "pik saat"dır - Niyə taksi tapa bilmirik?
Bakının iki rayonunun bəzi hissələri QAZSIZ QALACAQ
Mənzilin kirayəsinə görə vergini kim ödəməlidir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Axtarışa verilən yeniyetmə tapıldı