Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119765
az

Gündə Bakıda 300 mindən çox taksi daşıması həyata keçirilir - RƏSMİ

19:2809 Oktyabr, 2024
91
CƏMİYYƏT
  • A

Gün ərzində Bakıda 300 mindən çox taksi daşıması həyata keçirilir.

OXU24.COM  xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

"Bu rəqəmə görə faiz çıxardıqda görürük ki, pis davranışlı sürücülər, bir taksinin yerinə başqa birinin gəlməsi faizi çox aşağıdır.

Belə hallar olub və olacaq. Belə sürücülərin az olmasının da səbəbləri var. “Uber” və “”Bolt”da çalışan sürücülərin sifariş alması üçün həmin sürücünün AYNA-dan sertfikatı olmalıdır. Biz proqramla görə bilirik ki, taksi hansı nömrə ilə sifariş olunub və buna nəzarət edə bilirik.

Əgər icazəsi olmayan taksi sürücüsünə və nəqliyyat vasitəsinə sifariş ötürülürsə, biz həmin şirkəti 300 manatdan 20 min manata qədər cərimələyə bilirik. Bunu aşkarlaya da bilirik”, - deyə sədr qeyd edib.

Sədr, həmçinin taksi nəqliyyat vasitəsilə daşımalarda xidmət keyfiyyəti ilə bağlı suala cavab olaraq bildirib ki, AYNA tərəfindən mütəmadi olaraq taksi sifarişi operatorları ilə görüşlər keçirilir:

“Neqativ halların qarşısını almaq üçün onlara proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək preventiv tədbirlərin görülməsi tapşırılıb. Məsələ AYNA tərəfindən nəzarətdə saxlanılır. Eyni zamanda, sərnişinlər taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Qaydalara riayət etməyən 5000-dən çox sürücü daşımalardan kənarlaşdırılıb”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Piyada keçidləri də işıqlandırılacaq
Tıxaclardan qurtuluruq -Yeni çəkiləcək yollar bunlardır
Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilər susuz qalacaq

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb