Qaynar xətt:

(+99450) 247 90 86

Rumıniya Rostov-na-Dondakı konsulluğunun bağlandığını elan edib

DÜNYA

105

09.10.2024, 17:55

Rumıniya Rusiya tərəfinə Rostov-na-Dondakı konsulluğunu bağladığını elan edib.

Oxu24.com  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rumıniya tərəfdən rəsmi bildiriş alınıb, ona əsasən, Rumıniyanın Rostov-na-Dondakı Baş Konsulluğu oktyabrın 14-də fəaliyyətini dayandıracaq”, - Zaxarova bildirib.

Oktyabrın 5-də Rumıniya Müdafiə Nazirliyi ölkədə Rusiya mənşəli olduğu iddia edilən pilotsuz uçuş aparatının qalıqlarının aşkar edildiyini açıqlayıb.

İyul ayında Rusiya Xarici İşlər Nazirliyi Rumıniya səfiri Kristian İstrateni çağıraraq, rumın diplomatlarından birini persona non-qrata elan edib.

Miri