Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119749
az

Rusiya İsrailin hücumlarını pislədi

17:1009 Oktyabr, 2024
71
DÜNYA
  • A

Rusiya İsrailin Dəməşqə endirdiyi hava hücumunu pisləyir.

 

Oxu24.com xəbər verir  ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

 

“Biz bu hərəkəti qətiyyətlə pisləyirik. Hücumun hədəfi kim olursa olsun, üçüncü ölkənin ərazisində, sıx yaşayış massivində həyata keçirilib ki, bu da günahsız insanlar arasında qaçılmaz itkilərə səbəb olur. Və bu cür hərəkətlərin Suriya, İran və Qəzza zolağında sözün əsl mənasında adi təcrübəyə çevrilməsi qəzəb doğurur”, - Zaxarova bildirib.

Rusiya diplomatik departamentinin rəsmi nümayəndəsi İsraili ətraf dövlətlərin suverenliyinə hörmət etməyə və beynəlxalq hüquqa riayət etməyə çağırıb.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri Dəməşqin sıx məskunlaşdığı mərkəzi ərazidə çoxmərtəbəli binaya zərbələr endirib.

Hücum nəticəsində ölənlərin olduğu qeyd edilir. Bəzilərini xilas etmək mümkün olmadı.

Bundan əvvəl Netanyahu Nəsrullahın iki xələfinin məhv edildiyini açıqlamışdı.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şolz Putinlə bağlı ittihamlara cavab verib
Rusiya Britaniya diplomatını ölkədən çıxarır
Lavrov Ukraynanın terrorçularla əməkdaşlığını açıqlayıb

Soğan gözümüzü niyə yaşardır?

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı