Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119724
az

İranın xarici işlər naziri Türkiyəyə gedəcək

11:5809 Oktyabr, 2024
43
DÜNYA
  • A

İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyədə regional “3+3” platformasının iclasında iştirak edəcək.

Oxu24.com xəbər verir ki, bu barədə İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadə açıqlayıb. 

Səfir bildirib ki, Türkiyə, İran, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın formalaşdırdığı və sülhə nail olmaq məqsədi daşıyan “3+3” platformasının üçüncü iclasının Türkiyədə keçirilməsi planlaşdırılır və İranın xarici işlər naziri Əraqçi bu görüşə qatılacaq.

Qeyd edək ki, “3+3” platforması Cənubi Qafqaz regionunun altı ölkəsi (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) arasında geniş əməkdaşlığı nəzərdə tutur. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunub, lakin hələ də buna qoşulmayıb. 

2021-ci ilin dekabrında platformanın ilk iclası Moskvada keçirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan Rusiya və Ukraynaya İstanbul təklif edir
Tramp Putindən sitat gətirir
Rus ordusu Makarovkanı mühasirəyə aldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi