Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119712
az

Kriminal avtoriteti təhqir edən tiktokerin əyninə "gəlinlik" geyindirdilər

09:5009 Oktyabr, 2024
96
CƏMİYYƏT
  • A

Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Nəzirxan Ağaxanovu oğurlayaraq üzərində nalayiq hərəkətlər etməklə ona xəsarətlər yetirən ikisi yetkinlik yaşına çatmayan şəxs olmaqla 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesinə start verilib.

OXU24.COM xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədovanın (Əsgərova) sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər - Şücaət Rzayev, Samir Hüseynov, Murad Rzayev, Kamran Rzayev, Elnur Alışov, Təbriz Əliyev və Elsevər Əhmədovun anket məlumatları dəqiqləşdirilərək cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov "TikTok" sosial şəbəkəsində "Nəzirxan qanuni oğruların dədəsi" adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

Təqsirləndirilən Şücaət Rzayev isə tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir. İttihamda bildirilir ki, təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsindəki 118 saylı marşrut avtobusunun sonuncu dayanacağına çağırıblar. Onlar Nəzirxan Ağaxanovu orada qarşıladıqdan sonra söhbətə tutaraq bir qədər aralıya aparıb, öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl qolunu və gözlərini yapışqan lentlə bağlayıb, yaşadığı Zabrat qəsəbəsindəki evinə aparıblar.

İstintaq materiallarında daha sonra qeyd olunub ki, Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar. Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli "gəlinlik" paltarını onun əyninə geyindirərək etdiyi paylaşımlara görə üzr istəməsi tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli şəxslər müəyyən olunaraq saxlanılıblar. Qanunsuz əməllərinə görə hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılaraq təqsirləndirilən 7 nəfər barəsində cinayət məcəlləsinin 144 (adam oğurluğu) maddəsi ilə yanaşı daha bir neçə ağır maddə ilə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, sözügüdən cinayət işi üzrə daha 4 nəfər barəsində də axtarış elan edilərək onların saxlanılaraq istintaqa cəlb olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tehrandan Ukraynadakı münaqişəyə baxış -Kim qalib gələcək?
Qəfil ölüm bu qan qrupundan yan keçir
Faciəvi şəkildə ölən Süleymanın FOTOSU

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
49 yaşlı kişi öldürüldü, qardaşı saxlanıldı