Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119711
az

Bayden bu səbəbdən xarici səfərlərini təxirə saldı

09:4009 Oktyabr, 2024
104
  • A

ABŞ Prezidenti Cozef Bayden Florida istiqamətində sürətlə irəliləyən “Milton” qasırğasına görə bu həftə Almaniya və Anqolaya planlaşdırılan səfərlərini təxirə salıb.

OXU24.COM xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb. “Milton” qasırğasının proqnozlaşdırılan trayektoriyasını və gücünü nəzərə alaraq Prezident cənub-şərqdə “Helene” qasırğasının təsirlərini aradan qaldırmaq üçün davam edən tədbirlərlə yanaşı “Milton” qasırğasına qarşı hazırlıqlara və ona cavab tədbirlərinə nəzarət etmək üçün Almaniya və Anqolaya səfərlərini təxirə salır”, - deyə Ağ evdən bildirilib.

Qeyd edək ki, sentyabrın sonlarında ABŞ-ın cənub-şərq sahillərində hökm sürən “Helene” qasırğası 6 ştatda 200-dən çox insanın həyatına son qoyub. “Milton” qasırğasının isə oktyabrın 9-u axşam saatlarında Florida ərazisinə çatacağı proqnozlaşdırılır. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına əsasən, “Milton” qasırğası Floridada ən dağıdıcı qasırğadır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kanada ağır şərtlər altında -Tramp başqa şan vermir
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto
Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi