Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119705
az

Tokayev Bakı və İrəvanın başlatdığı sülh prosesi ilə bağlı NƏ DEYİB?

23:5608 Oktyabr, 2024
109
DÜNYA
  • A

Qazaxıstan Azərbaycan və Ermənistanın dövlətlər arasında sülh müqaviləsinin imzalanmasına aparan qarşılıqlı addımlarını alqışlayır.

OXU24.COM  xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB dövlət başçılarının dar tərkibdə Moskvada keçirilən sammitində deyib.

“Qazaxıstan Azərbaycan və Ermənistanın sülh müqaviləsinin bağlanmasına yönəlmiş qarşılıqlı addımlarını alqışlayır. Biz həmçinin Mərkəzi Asiya regionunda dövlətlərarası sərhədlərin müəyyən hissələrinin hüquqi qeydiyyatının başa çatdırılmasında əhəmiyyətli irəliləyişləri də məmnunluqla qeyd edirik”, - o bildirib.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov son bir ildə birbaşa ikitərəfli danışıqlar yolu ilə normallaşma prosesində mühüm irəliləyişlər əldə etdiyini açıqlamışdı. Onun sözlərinə görə, Azərbaycan təkcə öz milli təhlükəsizliyi və rifahı üçün deyil, həm də bütün regionun daha yaxşı gələcəyi üçün güclü məsuliyyət hissi ilə bu prosesi irəli aparmağa davam edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzzada azad edilən girovlara görün nə "HƏDİYYƏ" EDİLİB -FOTO/VİDEO
Gürcüstan prezidenti 613 məhkumu ƏFV ETDİ
ABŞ-da “TikTok”a yaşıl işıq yandırıldı

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü