İsrail artıq "Hizbullah" lideri Həsən Nəsrullahın iki xələfini sıradan çıxarıb.
OXU24.COM xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Livan sakinlərinə müraciətində bildirib.
“Biz "Hizbullah"ın imkanlarını zəiflətmişik, minlərlə terrorçunu, o cümlədən Nəsrullahın özü, onun varisi və varisinin varisini öldürmüşük. Bu gün "Hizbullah" uzun illər olduğundan daha zəifdir", - o deyib.
Xatırladaq ki, sentyabrın 23-də İsrail Livanda "Şimalın oxları" kod adlı “önləyici hücum əməliyyatı”na başladığını elan edib. Sentyabrın 28-də İsrailin hava zərbəsi ilə "Hizbullah" lideri Həsən Nəsrullahı öldürdüyü məlum olub.
Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsindəki "Hizbullah" hədəflərinə qarşı “məhdud, lokallaşdırılmış və məqsədyönlü reydlərin” başladığını elan edib .
"Hizbullah"a İran dəstək verib, İsrailə yüzlərlə raket atıb .
Oxu24.com
ŞƏRHLƏR