İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran silahlı qüvvələri İranın son raket hücumuna İsrailin mümkün cavab reaksiyasına tam hazırdır.
“Biz hadisələrin istənilən ssenarisinə və inkişafına hazırıq. Silahlı qüvvələrimiz tam [döyüş] hazırlığındadır və bütün lazımi hədəfləri müəyyənləşdirib. Eyni zamanda bizim siyasətimiz müharibəyə son qoymağa yönəlib”, - deyə onun mətbuat xidməti Əraqçinin sözlərindən sitat gətirir.
Nazirin sözlərinə görə, bu gün o, “regional problemləri müzakirə etmək və sionist rejimin Qəzza və Livandakı cinayətlərini dayandırmaq üçün Səudiyyə Ərəbistanına və bir sıra region ölkələrinə səfər edəcək”.
Nigar
Oxu24.com
ŞƏRHLƏR