Qazaxıstan hakimiyyət orqanları atom elektrik stansiyalarının tikintisi üçün şirkətlərlə müqavilələr imzalayarkən Qərb ölkələrinin sanksiyalarının atom elektrik stansiyasının tikintisi prosesinə təsiri riskinin qarşısını almaq üçün “sanksiya bəndi” təqdim edəcək.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan baş nazirinin birinci müavini Roman Sklyar brifinq zamanı deyib.
Onun sözlərinə görə, layihənin hazırlanması zamanı yaranan siyasi riskləri nəzərə almağı planlaşdırırlar.
“Əgər hər hansı bir vəziyyət yaranarsa, o zaman şirkətlər və ölkələrlə müqavilələrdə sanksiya bəndi nəzərdə tutulacaq. Bu qanuni bir texnikadır”, - Sklyar bildirib.
O qeyd edib ki, böyük ehtimalla stansiyanın tikintisini konsorsium həyata keçirəcək.
“Biz bunun ən yeni stansiya olmasını, orada ən son dizayn həlləri və texnologiyalarının tətbiq olunmasını təmin etməkdə maraqlıyıq”, - deyə baş nazirin müavini əlavə edib.
Oktyabrın 8-də Qazaxıstanda Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı referendumda seçicilərin 63,66% iştirak etdiyi, ümumilikdə 7 milyon 820 min 204 nəfərin səs verdiyi məlum olub.
Bundan əvvəl beynəlxalq müşahidəçilər Qazaxıstanda atom elektrik stansiyaları ilə bağlı referendumun keçirilməsini qiymətləndiriblər.
Miri
Oxu24.com
ŞƏRHLƏR