İranın silahlı qüvvələri İranın son raket hücumuna İsrailin mümkün cavab reaksiyasına tam hazırdır.
Oxu24.com xəbər verir ki, bu barədə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi verib.
O qeyd edib ki, İran ordusu hadisələrin istənilən inkişafına hazırdır.
“Silahlı qüvvələrimiz tam [döyüş] hazırlığındadır və bütün lazımi hədəfləri müəyyən edib. Eyni zamanda, bizim siyasətimiz müharibəni dayandırmağa yönəlib”.
23 sentyabr 2024-cü ildə İsrail Livandakı şiə Hizbullah hərəkatına qarşı “Şimalın oxları” kod adlı “önləyici hücum əməliyyatı”na başladığını elan etdi. Hizbullah ilk günlərdə İsrailə bir neçə yüz raket ataraq İran tərəfindən dəstəklənib.
Oktyabrın 7-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qalant ilə telefonla İranın Yaxın Şərqdə "sabitliyi pozan hərəkətləri", həmçinin Livan və Qəzza zolağında hərbi əməliyyatları müzakirə edib.
Bundan əvvəl MKİ İsrailin İrana cavab zərbəsi endirməyə hazırlığının təfərrüatlarını açıqlamışdı.
Nigar
Oxu24.com
ŞƏRHLƏR