Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119632
az

Keçmiş məcburi köçkünlərin Bakıda yaşadığı evlər geri qaytarılır - Proses başlayıb

11:1008 Oktyabr, 2024
77
REDAKTORUN SEÇİMİ
  • A

İndiyə qədər azad olunmuş ərazilərə köçən 137 ailə, yəni 474 nəfər başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Oxu24.com  xəbər verir ki, keçmiş məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qaytarıldıqca, onların bəzilərinin indiyə qədər məskunlaşdığı, başqalarına məxsus evlər əvvəlki sahiblərinə təhvil verilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi İbrahim Mirzəyev bildirib ki, öz doğma yurdlarına qayıdan bu ailələr əsasən Bakı və Sumqayıtda başqalarına məxsus mənzillərdə məskunlaşmışdılar.

Onun sözlərinə görə, indiyə kimi başqalarına məxsus mənzillərdə məskunlaşmış 137 ailə, 474 keçmiş məcburi köçkün geri qayıdıb.

"Bakı və Sumqayıtla yanaşı, digər rayon və şəhərlərdə də başqalarına məxsus evlərdə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər var. Həmin ailələr də öz doğma yurd-yuvalarına qaytarıldıqca, bu mənzillər sahiblərinə təhvil veriləcək".

Qeyd edək ki,  bu günədək Zəngilan rayonunun Ağalı kəndi, Ağdərə rayonunun Talış kəndi, Füzuli şəhəri, Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri, Şuşa, Xocalı və Cəbrayıl şəhərlərində 2251 ailə, 8612 nəfərin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Aktrisa prodüseri tutdurdu
Ədalət Verdiyevin cəzası bu ola bilər — Hüquq nə deyir?
Dəvələr haqda maraqlı məlumatlar

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR