Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119629
az

BŞİH-də müşavirə keçirildi - Nöqsanlar tənqid edildi

11:5808 Oktyabr, 2024
90
CƏMİYYƏT
  • A

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

BŞİH-in Mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə bir sıra məsələlər, o cümlədən  noyabr ayında paytaxtda keçiriləcək mötəbər beynəlxalq tədbir ərəfəsində şəhərdə aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma  işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib.

Qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən, son müddət ərzində şəhərdə geniş miqyaslı quruculuq-abadlıq işləri həyata keçirilib. Binaların, obyektlərin fasadları, eyvanları, dam örtükləri təmir edilir, rənglənir, istinad divarları, hasarlar qaydaya salınır, hər tərəfdə abadlıq işləri görülür, geniş miqyaslı yaşıllaşdırma işləri aparılır. Xüsusi olaraq qeyd edilməlidir ki, bütün bu işlər ölkənin iqtisadi imkanları hesabına həyata keçirilir, bu da öz növbəsində iqtisadi qüdrətin göstəricisidir.

Müşavirədə paytaxtın rayonlarında görülən işlərin monitorinqi ilə bağlı hazırlanan video-rolik nümayiş etdirilib, işlər müzakirə edilərək mövcud nöqsanlar tənqid edilib.

Vurğulanıb ki, mühüm beynəlxalq tədbirə çox az vaxt qalıb və qalan qısa müddət ərzində təmir-quruculuqla bağlı nəzərdə tutulan bütün işlər yekunlaşdırılmalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Koronavirusun daha bir qorxulu fəsadı üzə çıxdı
Evlənmə təklifi alacağınız həmin o RESEPT
Pilot qəzadan sonra sağ qalıbmış? - Yeni detallar +VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Ölənlər və yaralı var