Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119626
az

Ahılların pullarını ələ keçirənlər saxlanıldı

11:2808 Oktyabr, 2024
93
KRİMİNAL
  • A

Yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsilə zəng edərək yaxın qohumlarının qəza törətməsi adı ilə onların pul vəsaitlərinin ələ keçirilməsi barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları tərəfindən zəruri tədbirlər davam etdirilir.

Oxu24.com xəbər verir ki, eyni üsulla dələduzluğa məruz qalan paytaxt sakini olan 79 yaşlı qadın bu barədə polisə müraciət edib. Zərərçəkən oktyabrın 5-də bacısının yol-nəqliyyat hadisəsi törətdiyi barədə telefonla ona xəbər verildiyini və 20.000 manat istənildiyini bildirib. O, evinə gələn tanımadığı şəxslərə həmin məbləği verəndən bir qədər sonra isə aldadıldığını anlayaraq polisə məlumat verib.

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakinləri M.Əsgərli və G.İsrafilov müəyyən olunaraq saxlanılıblar. 

Araşdırmalar davam etdirilir.

Bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi, bu cür hallarla rastlaşdıqda isə dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermələrini tövsiyə edirik.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı
Bank kartından      oğurluq      edildi
“Məşədi Dadaş”ın imamını öldürmək istəyənə- Ağır cəza

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı