Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119615
az

Azərbaycanın əsas qeyri-neft ixrac bazarları - İlk beşlik

09:1008 Oktyabr, 2024
115
CƏMİYYƏT
  • A

Bu ilin yanvar-avqust aylarında ölkənin TOP-5 əsas qeyri-neft ixrac bazarları sırasına Rusiya, Türkiyə, Gürcüstan, ABŞ və İsveçrə daxil olub.

OXU24.COM  xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, hesabat dövründə 1 514,0 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Yanvar-avqust aylarında Rusiyaya 752 milyon dollar, Türkiyəyə 395 milyon dollar, Gürcüstana 158 milyon dollar, ABŞ-yə 109 milyon dollar, İsveçrəyə isə 100 milyon dollar dəyərində məhsul tədarük edilib.

Cari ilin ilk 8 ayında qeyri-neft məhsullarının əsas 5 kateqoriyasına pomidor (ixrac dəyəri 139,5 milyon dollar), pambıq lifi (138,5 milyon dollar), qızıl (96,1 milyon dollar), azot gübrəsi (78,7 milyon dollar) və alüminium ərintilərindən piltələr (72,4 milyon dollar) daxildir. 2023-cü ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə pomidorun ixrac dəyəri 12,3 faiz, pambıq lifinin 66,1 faiz, qızılın 26,3 faiz, azot gübrəsinin 88 faiz, alüminium piltələrin isə 2,6 dəfə artıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarda bu 3 meyvəni qətiyyən yeməyin - Diqqət!
1 həftə qaldı - 4 bürc pul yağışına tutulacaq
Çayın yanında iki dənəsini yeyin - Enerji verəcək

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı