Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119562
az

Azad olunmuş ərazilərdə daha 232 mina zərərsizləşdirildi

15:2807 Oktyabr, 2024
60
QARABAĞ
  • A

Azad olunan ərazilərdə sentyabrın 30-dan oktyabrın 6-na qədər müddətdə 73 tank əleyhinə mina, 159 piyada əleyhinə mina, 415 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Məlumata əsasən, 2945.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Laçına müntəzəm avtobus reysi açılır
Hadrutun işğaldan azad olunmasından 4 il ötür
Qarabağ Universitetinin tələbələri üçün 1 il təcrübə proqramı keçiriləcək

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Məşhur şirkətin regional direktoru bu ölkədə ÖLDÜRÜLDÜ -FOTO