Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119543
az

Suriya və İraqdan 8 nəfər Azərbaycana gətirildi

13:2707 Oktyabr, 2024
108
SİYASƏT
  • A

Suriyadan sentyabrın 18-dən 6, İraqdan oktyabrın 7-də 2 nəfər Azərbaycana repatriasiya edilib.

Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Suriya və İraqdan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə və İraqa ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Azərbaycanın həmin ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edilib və nümayəndə heyətinin müşayiəti əsasında qeyd olunan vətəndaşların Azərbaycana repatriasiyası həyata keçirilib.

Qeyd edilib ki, repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

"Azərbaycan Respublikası hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir", - deyə məlumatda vurğulanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Azərbaycanla normallaşma prosesini başa çatdırmağa hazırıq"- Mirzoyan
Cahit Bağçıdan Azərbaycanla bağlı   vida     paylaşımı
Culani Suriyanın yeni prezidenti oldu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxan şəxs      evə     buraxıldı
Cinayətdə şübhəli bilinən28     nəfər      saxlanıldı