Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119505
az

Pensiya alanlara ŞAD XƏBƏR - İki yerdən pul ala biləcəklər

01:1507 Oktyabr, 2024
162
  • A

Özəl pensiya fondları yaradılsa, pensiyalar sürətlə arta bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı 20 -dən çox qanunverici alt layihə hazırlayıb. Layihələr Milli Məclisdə qəbul olunduqdan sonra bu fondların yaradılmasına başlanıla bilər.

Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, özəl fondların yaradılması vacibdir. Belə ki, vətəndaş işi müqabilində aldığı aylıq məvacibdən tutulan sosial sığorta haqqını hər ay DSMF-yə ödəyir.

Ancaq sonradan ərizə ilə bu quruma müraciət edir və sosial sığortasının yeni fonda köçürülməsini xahiş edir. Bundan sonra həmin məbləğ buraya ödənilir. Burada onun üçün şəxsi hesab açılır və məbləğ orada toplanılır. Vətəndaş pensiyaya çıxdıqda isə onun üçün ödəniş bazasına çevrilir. Düzdür, dövlət büdcəsindən də buraya müəyyən məbləğdə vəsaitlər ödənilir, amma əsas baza hissəsi vətəndaşın sosial ödənişləri hesabına formalaşır. vakansiyalar

Vüqar Bayramov qeyd edib ki, qanunverici bazanın formalaşması belə fondların daha qısa zaman ərzində yaradılmasına təminat verə bilər.

Onun sözlərinə görə, vətəndaş öz maaşının və yaxud gəlirinin az bir hissəsini aylıq olaraq pensiya fonduna ödəməklə təqaüd yaşı tamam olan zaman artıq iki mənbədən - həm dövlətdən, həm də özəl pensiya fondundan pensiya ala bilər ki, bu da onun sosial təminatının gücləndirilməsi üçün təkan ola bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhalinin banklara inamı artır?
"Keşlə bazarı"nın yeni məkanından REPORTAJ - VİDEO
Əhaliyə ŞAD XƏBƏR: Bəzi ərzaq məhsulları UCUZLAŞACAQ -VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi