Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119489
az

ŞOK İDDİA: "Mossad" "Hizbullahı" "ölüm düyməsi"ni başmağa belə VADAR EDİB

10:2906 Oktyabr, 2024
101
  • A

"Hizbullah" hərəkatının üzvlərinə hücum etmək üçün istifadə edilən peycerlər İsrailin "Mossad" kəşfiyyat agentliyi tərəfindən elə qurulub ki, düymələr hər iki əllə basılan zaman partlayış baş verib".

OXU24.COM  xəbər verir ki, bu barədə Washington Post ABŞ, İsrail və Yaxın Şərqdəki mənbələrə istinadla (WP) yazır.

İddia olunur ki, İsrail kəşfiyyatı 2015-ci ildən "tələyə düşmüş" peycerlərin tətbiqi əməliyyatını həyata keçirir. Dizayna böyük batareya, gizlədilmiş partlayıcı və mesajların monitorinqi qurğusu daxil edilib. Qeyd olunur ki, İsrail kəşfiyyatının əvvəllər peycerləri partlatmaq imkanı olub, lakin sonda cihazları daha yığcam etmək qərarına gəlib.

Nəticədə “Hizbullah”a “Apollo” brendi ilə tədarük edilən peycerlər elə dizayn edilib ki, qurğu tamamilə sökülsə belə partlayıcı tapıla bilməz. Mənbələrin bildirdiyinə görə, örtük üçün Tayvanın Apollo markası lazım idi və şirkət özü də "Hizbullah"a onların adından təkliflər göndərildiyini bilmirdi.

Partlayıcı daha güclü idi və dizayn elə qurulmuşdu ki, təhlükəsiz mesajları oxumaq üçün peyceri iki əllə tutmaq lazım idi ki, partlayışdan sonra cihazın sahibi maksimum ziyan görsün.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ombudsmandan seçkilərlə bağlı AÇIQLAMA
Gürcüstan AŞPA-da fəaliyyətini dayandırdı
Bakıya qarın yağmamasının SƏBƏBİ BİLİNDİ

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU