Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119486
az

Flaqman smartfonlar KƏSKİN BAHALAŞACAQ -TARİX AÇIQLANDI

21:5605 Oktyabr, 2024
136
MANŞET
  • A

TSMC-nin qarşıdan gələn mobil çiplərin istehsalında 2 nanometrlik texnoloji prosessora keçidi ilə əlaqədar analitiklər flaqman smartfonların qiymətlərində artım gözləyirlər.

OXU24.COM  xəbər verir ki, bu barədə iXBT CTEE məlumat yayıb.

Bildirilib ki, N2 prosessorundan istifadə edilməklə istehsal olunan 300 mm-lik plataların qiyməti 30 min dolları keçəcək. Əvvəllər ən böyük müqavilə istehsalçısının bir plata üçün qiyməti təxminən 25 min dollar təyin edəcəyi proqnozlaşdırılırdı ki, bu da xeyli yüksəkdir.

N3 platasının hazırkı dəyəri 18,5 min dollardan çoxdur. Beləliklə, N2 platasının qiyməti bu gün təxminən 15 min dollara başa gələn N4/N5 platalarından iki dəfə baha olacaq.

Bu dəyişikliklər yeni texnoloji prosesi ilk mənimsəyən flaqman çipsetlərin qiymətinin növbəti dəfə artmasına səbəb olacaq. Lakin bu keçid tezliklə baş verməyəcək. Təxmin edilir ki, hətta "Apple" 2026-cı ilə qədər 2nm çiplərini təqdim edə bilməyəcək, bu da 2nm prosesinə əsaslanan "Qualcomm" və "MediaTek" çiplərinin 2028-ci ildən tez olmayan görünüşünü göstərir.

Hazırda aparıcı "Android" smartfonları 4nm çiplər təklif edir, "Apple" cihazları isə 3nm proses texnologiyasını mənimsəyiblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heydər məscidində vəhdət namazı qılındı -FOTO
Fidan Dəməşqdə: Colani ilə görüşdü - Foto
Bakıda DƏHŞƏTLİ QƏZA -Bir ailənin üç üzvü öldü

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ