Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119484
az

Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib- FOTOLAR

19:5705 Oktyabr, 2024
81
CƏMİYYƏT
  • A

Zəhra Xatun Qadın İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbdə 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib.

Mərkəzdən verilən məlumata görə, tədbir müəllimlərlə görüş xarakteri daşıyıb və "Kamillik və dahiliyi özündə ehtiva edən müəllim ömrü" adı altında təşkil olunub. 

Tədbirdə çıxış edən Əməkdar müəllim Zülfiyyə Vəliyeva 1966-cı ildən UNESCO-nun qərarı ilə qeyd edilən bu əlamətdar günün əhəmiyyəti haqqında danışıb. Müəllimləri təbrik edən natiq öz təcrübəsini təhsil işçiləri ilə bölüşüb, onlara pedaqoji fəaliyyət istiqamətində məsləhətlərini verib.  

Daha sonra çıxış edən Zəhra Xatun Qadın İnkişaf Mərkəzinin rəhbəri Leyla Həsənova müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Gününün 1993-cü ildən qeyd edildiyini söyləyib. O, Azərbaycan qadının bütün sahələrdə olduğu kimi təhsildə, pedaqogikada, gənc nəslin savadlı yetişməsində də böyük rol oynadığını söyləyib. Natiq hər bir dövlətin tərəqqisi və gələcəyinin onun təhsil səviyyəsi ilə birbaşa bağlı olduğunu söyləyib. Leyla Həsənova həmçinin çıxışı zamanı Binəqədi rayonu 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrətə, əməkdar müəllim Zülfiyyə Vəliyevaya öz təşəkkürünü bildirib.

Tədbirdə müəllimlər də aktiv iştirak ediblər. Onlara Bella brendindən hədiyyələr təqdim olunub.

 


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kriminal avtoriteti təhqir edən tiktokerin əyninə "gəlinlik" geyindirdilər
Bayden bu səbəbdən xarici səfərlərini təxirə saldı
İsrail paytaxta HÜCUM ETDİ -Ölənlər var

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
İki azyaşlı bacısını öldürüb parka gəzməyə getdi- Rusiyada dəhşət