Lənkəranda bədbəxt hadisə baş verib.
OXU24.COM xəbər verir ki, ustalar iş görən zaman hündürlükdən yıxılıb.
Hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.
Belə ki, mənzilin fasadında tikinti işi görən ustalar hündürlükdən yerə çırpılıb.
Hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ağır xəsarət alan, Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Samid oğlu Zülfüqarov xəstəxanada dünyasını dəyişib. Rayonun Sütəmurdov kənd sakini 1969-cu il təvəllüdlü İlyas Hidayət oğlu Səfərov reanimasiya şöbəsinə yerləşdirilib.
Oxu24.com
ŞƏRHLƏR