Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119458
az

“Özüm də inana bilmirəm ki, bu olanlar mənim başıma gəlir” – Qriqorçuk

21:2604 Oktyabr, 2024
81
DÜNYA
  • A

“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 9-cu turunda “Kəpəz”lə qarşılaşıb.

OXU24.COM xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda 3:4 hesabı ilə məğlub olan paytaxt klubunun baş məşqçisi Roman Qriqorçukun oyundan sonra mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssis oyunun təhlilini ertələdiyini bildirib:

“Bugünkü oyun barədə ilk dəfədir ki, təhlil edib deyə bilmirəm. Çünkü bu cür oyunları dəqiq təhlil edib nəsə deyə bilərəm. Elə durumdayam ki, sanki mənimlə nəsə baş verir. Ona görə də, bu oyunun təhlilini ertələyirəm. Hansısa düşüncələr, fikirlər, bunları ertələmək lazımdır.

Oyunun sonları haqda danışmaq istəyirəm. Azarkeşlərimiz mənə qarşı yaxşı olmayan ifadələr işlədirdi. Mən onlara heç nə demək istəmirəm. Hər şeyə rəğmən, mən onlara təşəkkürümü bildirirəm. Onları başa düşürəm. Bu qədər səbr etdiklərinə görə təşəkkür edirəm.

Elə bir durumda deyiləm ki, özüm-özümü cəzalandıram.

Mən bu məğlubiyyəti qəbul edirəm. Bayaq da dedim ki, indi bu məsələlər haqda danışmaq istəmirəm. Özüm də inana bilmirəm ki, bu olanlar mənim başıma gəlir”.

“Neftçi” növbəti turda “Səbail”i qəbul edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Astronavtlar BKS-də nə yeyirlər? -Rusiya onlara yeni il hədiyyələri göndərdi
Qərbin COP29 riyakarlığı və Bakıya hibrid hücumun pərdəarxası -TƏHLİL
Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi