İranın dondurulmuş altı milyard dollar maliyyə vəsaitinin sərbəstləşdirilməsi istiqamətində Qətərlə “qarşılıqlı faydalı razılaşma” əldə edilib.
OXU24.COM xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qətər səfərindən Tehrana qayıdarkən bildirib.
Məlumata görə, Cənubi Koreya bankları sərbəstləşdirdikdən sonra həmin maliyyə vəsaiti Qətərdə saxlanılır.
“Bizim Qətər banklarında altı milyard dollar məbləğində vəsaitimiz var. İki ölkənin mərkəzi banklarının başçıları arasında görüşdə, habelə Qətər əmiri ilə danışıqda biz bu məsələ üzrə qarşılıqlı yaxşı anlaşma əldə etdik”, - İran Prezidenti vurğulayıb.
Xatırladaq ki, Qətərin vasitəçiliyi ilə 2023-cü ildə İran və ABŞ İslam Respublikasının altı milyard dollar maliyyə vəsaitinin sərbəstləşdirilməsinə dair razılıq əldə edilib. Bu maliyyə vəsaiti 2018-ci ildə Cənubi Koreyanın iki bankının ABŞ-nin sanksiyasına məruz qalması nəticəsində dondurulub.
Oxu24.com
ŞƏRHLƏR