Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119416
az

Aİ Rusiyanı ballistik raketlərlə təchiz etdiyi iddiası ilə İrana qarşı sanksiyalar tətbiq edəcək

13:0904 Oktyabr, 2024
80
DÜNYA
  • A

Avropa İttifaqı (Aİ) Rusiyanı ballistik raketlərlə təchiz etdiyi iddia edilən İrana qarşı sanksiyalar paketi təqdim etməyə hazırlaşır.

 

Oxu24.com xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən yazır.

 

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, ilk tədbirlər paketi İranda mühəndislik, metallurgiya və aviasiya şirkətləri də daxil olmaqla, ona yaxın fiziki və hüquqi şəxsə şamil ediləcək.

Bloomberg mənbələri qeyd edib ki, Aİ-nin məhdudiyyətləri iddia edilən raketlərin verilməsinə ilk cavab olacaq və əlavə siyahılar nəzərdən keçirilir.
Həmsöhbətlərdən biri qeyd edib ki, ABŞ ayrı-ayrılıqda İsrailə qarşı son hücumuna görə İrana qarşı sanksiyalar tətbiq edəcəyini bəyan edib və müttəfiqlərinin də bunu etməsini istəyir.

Sentyabrın 2-də Bloomberg mənbələrə istinadən yazıb ki, Tehran yaxın vaxtlarda öz ballistik raketlərini Moskvaya ötürməyi planlaşdırır. Materialın müəlliflərinin fikrincə, Rusiya Federasiyası bu mərmilərdən Ukraynada hərbi əməliyyatlar aparmaq üçün istifadə etməyə hazırlaşır.

Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, bu cür məlumatlar “həmişə reallığa uyğun gəlmir”.

Bundan əvvəl XİN ABŞ-ı Rusiya Federasiyası ilə İran arasında hərbi-texniki əməkdaşlığa müdaxilə etməməyə çağırıb.

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Culani Suriyanın yeni prezidenti oldu
Bolqarıstan İsveçdə saxlanılan gəmi ilə bağlı vəziyyəti izləyir
Brüsseldə imza atıldı: İrəvan sülh müqaviləsi bağlamaqdan rəsmən imtina etdi -YENİLƏNDİ

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU