Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119413
az

Turizm və rekreasiya zonalarında qadağan edilən hallar müəyyənləşir

13:5104 Oktyabr, 2024
121
İQTİSADİYYAT
  • A

Azərbaycanda turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar müəyyənləşir.

Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Turizm haqqında” qanuna edilən dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağan edilir:

- kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət,
- iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;
- tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət
- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun əlavəsində nəzərdə tutulan fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (MTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət

Mövcud dəyişiklik parlamentin plenar iclasına tövsiyə olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pensiya artımları nə vaxt veriləcək?
Pensiya alanlara ŞAD XƏBƏR -Gələn ay artımla veriləcək
Ötən il Qarabağın bərpasına 4 milyarddan  çox      xərclənib

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU