Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119406
az

Avropa İttifaqı Çinlə soyuq müharibə proqnozlaşdırmışdı

20:2404 Oktyabr, 2024
49
DÜNYA
  • A

Avropa İttifaqının Çinin elektrik avtomobillərinə tətbiq etdiyi əlavə tariflər Brüsselin iqtisadi soyuq müharibəyə girməsi ilə nəticələnəcək.

 

Oxu24.com  xəbər verir  ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

 

Bu barədə  Bloomberg məlumat yayıb.

 

Qeyd olunur ki, cümə günü Aİ-yə üzv ölkələr Çinin elektromobillərinə 45 faizlik rüsumların tətbiqinə səs verməyi planlaşdırır. Orban bunu Pekinlə gərginliyin daha da artması riski kimi qiymətləndirir. Tariflər, həmçinin Çin batareyaları ilə işləyən alman elektrik avtomobillərinin ixracından çox asılı olan Macarıstan üçün “böyük təhlükə” yaradır.

Orbanın sözlərinə görə, bu vəziyyətdə Macarıstan hakimiyyəti “iqtisadi neytrallıq” anlayışı ilə maraqlanıb. Dünya iqtisadiyyatı “bloklara parçalansa” belə, Çin kimi şərq iqtisadiyyatları ilə güclü iqtisadi əlaqələri nəzərdə tutur.

Mayın əvvəlində Macarıstanın nüvə enerjisi sahəsində Çinlə əməkdaşlıq planları məlum oldu. Budapeşt təkcə Çindən əlavə investisiya axınına deyil, həm də bu dövlətin qabaqcıl texnologiyalarından istifadəyə ümid edir.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada Ukrayna Silahlı Qüvvələrindəki ağır vəziyyətdən danışıblar
Ukraynada zavod dağıdılıb
Zaxarova Qərbin silah yerləşdirməsinə cavab olaraq Rusiyanın tədbirlərini açıqlayıb

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı