Rusiyanın Nijni Novqorod şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Yelena Kərimova adlı qadın 2 övladını boğaraq qətlə yetirdikdən sonra cəsədləri yandırıb.
Yelena Kərimova bunun üçün xüsusi plan hazırlayıb. O, əvvəlcədən kirayə maşın götürərək uşaqları 4 yaşlı Xədicə və 2 yaşlı Süleymanı meşəyə aparıb. Qadın burada övladlarını boğaraq öldürüb. Daha sonra meşədə onları yandırmağa çalışıb. Kəskin tüstüdən ətrafdakı ovçuların onu aşkar edə biləcəyindən qorxan Kərimova, cəsədləri maşına qoyaraq ərazidən uzaqlaşıb. O, daha sonra azyaşlı körpələrin cəsədlərini tərk edilmiş bir binada yandırıb.
Ekspertlər Kərimovanın psixi vəziyyətinin qaydasında olduğunu və bilərəkdən övladlarını öldürdüyün bildirib. Azyaşlı körpələri öldürməsinə səbəb kimi onları təmin edə bilmədiyini göstərən qatil ananın ayda 40 min rubl maşın icarəsinə verdiyi və bir qədər əvvəl isti ölkələrdən birinə səyahət paketi aldığı bəlli olub. Oxu24.com
ŞƏRHLƏR