Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynanın yenidən qurulmasına 1,7 milyard dollar ayrılacaq

DÜNYA

167

04.10.2024, 09:30

İsveçrə hökuməti Ukraynanın yenidənqurulmasına 1,7 milyard dollar ayırmağı planlaşdırır.

OXU24.COM  xəbər verir ki, bu barədə ölkənin Ukrayna və Moldovadakı səfiri Feliks Bauman bildirib. O, Erkən Bərpa layihələrini dövlətlər arasında əməkdaşlığın mühüm istiqaməti adlandırıb.

Pul növbəti dörd il üçün ayrılacaq. Onlar özünüidarəetmə, minaların təmizlənməsi və humanitar yardım sektorlarına, eləcə də İsveçrənin özəl sektorunu əhatə edən proqramlara xərclənəcək.