Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119374
az

Bakıda tutulan qazaxlı qızın şok əməlləri üzə çıxdı - VİDEO

20:1603 Oktyabr, 2024
931
REDAKTORUN SEÇİMİ
  • A

Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən Qazaxıstan vətəndaşı saxlanılıb.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, paytaxt sakini olan 1936-cı il təvəllüdlü bir qadın tanımadığı şəxsin onunla ev telefonu vasitəsi ilə əlaqə saxladığını və gəlininin yol-nəqliyyat hadisəsi törətdiyini dediyini, daha sonra mənzilə gələn naməlum şəxsə 4 min manat verdiyi barədə polisə müraciət edib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində qeyd edilən qanunsuz əməllərə cəlb olunan Qazaxıstan vətəndaşı 2003-cü il təvəllüdlü Korlan Asan Berdimurat saxlanılıb.

Müəyyən edilib ki,saxlanılan şəxs məhz qeyd olunan qanunsuz əməlləri həyata keçirmək məqsədi ilə yaşadığı Çexiya Respublikasından Bakı şəhərinə gəlib. K.Berdimurat "Telegram" sosial şəbəkəsində əlaqə qurduğu naməlum şəxslərin göndərdiyi ünvanlara yollanaraq pulları zərərçəkənlərdən qəbul edib.

Qeyd olunan hüquqazidd əməllər nəticəsində onun iki vətəndaşa ümumilikdə 6 min manata yaxın maddi ziyan vurduğu aşkar olunub. Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra sifarişçilərinin bank kartı və ya kriptovalyuta hesablarına köçürüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəza ilə bağlı daha bir ŞOK DETAL:GPS-i bloklanıb və...
“Söhbət konkret partlayıcı qurğudan gedir” – aviasiya mütəxəssisindən SENSASİON AÇIQLAMA
Təyyarə qəzası ilə bağlı“The Times”-dan İDDİA

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi