Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11937
az

Uşağın qarnı ağrıyanda nə etməli? - Səbəbi tapın

15:3913 Aprel, 2019
1225
TİBB
  • A
Əgər körpə ağlayıb, ayaqlarını qarnına doğru yığırsa, qarnına əl vurmağa qoymursa, deməli, həqiqətən qarın boşluğunda  problem var. Bu zaman valideynin birinci vəzifəsi ağrının, narahatlığın səbəbini tapıb, aradan qaldırmaqdır.

Oxu24.com medicina.az-a istinadən körpələrdə qarın ağrısı və sancıların səbəblərini təqdim edir.

-Çox hallarda qarında ağrı sadəcə köp, meteorizm səbəbindən olur
-Eləcə də müxtəlif infeksiyalar
-Köhnəlmiş və ya soyuq qida
-Qida dəyişikliyi

Hansı hallarda təcili həkimə göstərilməlidir?

-Qusma ilə yanaşı qarın ağrısı
-Qarın ağrısı və nəcisdə qan
-Xüsusən 1 yaşa kimi uşaqlarda təkrari qusmalar varsa, təcili yardım çağırılmalıdır
-Diareya, yüksək hərarət
-Kəskin qanstroenterit
-Tutma şəkilli ağrılardan sonra nəbzin zəfləməsi, huşun itməsi - bu artıq susuzlaşmanın əlamətidir

Əgər uşağın qarnı ağrıyırsa və güclü köp varsa, bu onun qida və yuxu rejimini pozur.

Qarında problem olmasının digər əlamətləri:

-Uşaq az və pis yeyir
-Qışqıraraq döşdən çəkilir
-Əllərini qarnında yumruqlayıb sıxır
-Xüsusən yeməkdən sonra üzündə narazılıq, ağrı mimikası olur
-Qarın əzələləri gərgin olur, toxunanda ağlayır
-Qarnı ağrıyan körpə adətindən daha uzun müddət ağlayır, sakitləşdirmək mümkün olmur

Qarnı ağrıyan uşağın qidalanması.

Körpələrdə hansı qidanı təxirə salsanız da ana südü verilməlidir. Çünki məhz ana südü uşağın mədə-bağırsaq sistemini formalaşdırır. Eləcə də faydalı bakteriyalar alır.

-Tərəvəz bulyonu - əgər uşaq 6 ayı keçibsə, təzə tərəvəz bulyonu və meyvə püresi verilə bilər.
-Qarın ağrısında düyü sıyığı verilə bilər. Əgər qəbizlik varsa, düyü olmaz.
-Diareya varsa, düyü daha məqsədəuyğundur.

Ananın səhvləri:

Uşaqlarda bağırsağı pozan, qarın ağrısına səbəb olan səhvlərdən biri evdə qidanın bişirilmə, hazırlanma texnologiyasına düzgün əməl olunmamasıdır.  Çiy su ilə yuyulan çiy tərəvəz, meyvədə patogen mikroorqanizmlər ola bilər. Ona görə qaynar su ilə yuyulmalıdır.
Yeməkdə istifadə olunan su tam qaynamalıdır.
Allergen qidalar diqqətdə saxlanmalıdır.
Uşağın əllərinin gigiyenik təmizliyinə fikir verməli. Çünki çirkli əllərlə ağzından mikroblar keçir.

Dərmanlar olmaz

Uşaqlara böyüklər üçün nəzərdə tutulan qəbizlik vasitələri, qarın işlədicilər və ağrıkəsicilər verilə bilməz.
Susuzlaşmanın qarşısını almaq üçün uşağa çox maye vermək lazımdır. Əgər kolik varsa, qarını isti saxlayıb, isti əllərlə qarını yüngül dairəvi masaj etmək olar. Körpənin qarnını isti odeyala büküb, özünüzə sıxa bilərsiz. Bu onu psixoloji sakitləşdirəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı