Müğənni Afət Fərmanqızı ətrafında qalmaqal bitmək bilmir.Bir neçə ildir ki, Xalq artisti Flora Kərimova ilə məhkəməlik olan Afət Fərmanqızı məhkəmədə qalib gəldikdən sonra efirlərin birində Flora Kərimovaya barışıq əlini uzadıb.Qeyd olunan təklifdən sonra sosial şəbəkələrdə Afət Fərmanqızının arxiv videosu yayılıb.
CityPost.az xəbər verir ki, yayılan videoda Afət Fərmanqızının "Flora Kərimovadan üzr istəsəm, Afət Fərmanqızı yox, Afət itqızı olaram" ifadəsi də yer alıb.
Əməkdaşımız yayılan video ilə bağlı müğənni Afət Fərmanqızı ilə əlaqə saxlayıb .Afət Fərmanqızı bu videonun bəzi hissələrinin kəsildiyini və onun fikrinin təhrif olunaraq paylaşıldığını bildirib.
"Mən böyüklüyümü göstərdim.Məhkəmədə qalib gəldiyim halda Flora xanımdan efir vasitəsi ilə üzr istədim Üzürü qəbul edib-etməməyi onun öz işidir. Bu mənə qətiyyən maraqlı deyil .İllər əvvəl Nəsimin qəzəlini oxuduğum üçün aramızda məhkəməyə qədər gəlib çatan mübahisə yarandı. Mən nə günah iş görmüşdüm ki? Flora Kərimova çıxıb efirdə dedi ki,Afət Nəsimiyə toxunmasın.Nəsimi toxunulmazdır. Mən də bu sözlərə cavab olaraq bildirmişəm ki, Nəsimi mənim üçün Allah deyil ki, toxunulmaz olsun.Kimdir Nəsimi? Mən Nəsimi sevdiyimdən oxumuşam. Nəsimi bu gün sağ olsaydı,mənə təşəkkür edərdi.",- deyə müğənni bildirib.
Afət Fərmanqızı həmçinin yayılan arxiv videosuna da münasibət bildirib.
"Qeyd etdiyiniz videonu əyri ayaq,çəpgöz- yaşı 60-ı keçən biri yayır. Hamısı onun işləridir. Mənim Flora xanımla barışacağımı gördülər. Aranı qatmaqdan ötrü mənim arxiv videomu təhrif olunmuş şəkildə yaydılar. Mən orada demişdim ki, etmədiyim işə görə məhkəməni uduzsam,məndən üzr tələb olunarsa Flora Kərimovadan üzr istəsəm,Afət Fərmanqızı yox,Afət itqızı olaram. Bu gün mən məhkəməni udmuşam.Məhkəməni udduğum halda qarşı tərəfdən üzr istəməyim mənim humanist və böyük insan olduğumdan xəbər verir. Mən bu vaxta qədər Flora Kərimova pərt olmasın deyə məhkəmədə qalib gəldiyimi deməmişdim.Bu gün bütün bunları açıqlamağa məcbur edirlər.Mən insan kimi çox rahatam.Məhkəməni qalib gəldiyin halda üzr istəmək hər insanın işi deyil.Bir daha qeyd edirəm ki,mən demişəm ki, haqsız yerə uduzaramsa, üzr istəmərəm,gedərəm cəzam nədirsə çəkərəm. Mən bu gün məhkəməni udub könüllü üzr istəmişəm,heç kim məni məcbur etməyib ",-deyə müğənni fikrini yekunlaşdırıb.
Afət Fərmanqızının açıqlamasını təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR