Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119340
az

Azərbaycanda bir sıra məhkəmələrə hakimlər təyin edilir

14:4403 Oktyabr, 2024
126
CƏMİYYƏT
  • A

Azərbaycanda bir sıra məhkəmələrə hakimlər təyin edilir.

Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

İclasda Ali Məhkəməyə, Naxçıvan Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi müzakirəyə çıxarılıb.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Faiq Qəniyev və Əli Məmmədov, Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyeva, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Ceyhun Məmmmədov, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nigar Nəbizadə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Təranə Məmmədova, Astara Rayon Məhkəməsinin hakimi Zamin İbrahimov Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcəklər.

Şəki Apellyasiya Məhkəməsinin hakimi Günay Cavadova həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədov, Tərtər Hərbi Məhkəməsinin hakimi Sevindik Əzizov, Şəki Kommersiya Məhkəməsinin hakimi Rüfət Məcidov vəzifələrinin dəyişdirilməsiylə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcəklər.

Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizova, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimləri Toğrul Axundov və Vahid Hacıyev Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin olunacaqlar. Azər İsmayılov vəzifəsinin dəyişdirilməsiylə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək.

Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Zülfüqar Sadiqov, Balakən Rayon Məhkəməsinin hakimi Zamin Tahirov Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaqlar.

Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzova vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq. Samir Mayılov da vəzifəsinin dəyişdirilməsiylə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

Eyni zamanda, İlqar Cəfərov, Sərvər Vəliyev, Raqib Qurbanov, Vüsalə Baxışova və Rəşad Həsənov Ali Məhkəmənin hakimləri təyin ediləcəklər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kürdə batan 13 yaşlı qız imiş- “Məktəb psixoloquna deyərsən...”
Tovuzda zəhərlənən tələbələrin      son      durumu
8 dərəcəyədək        şaxta       olub

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+