Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119298
az

Rusiya Livana humanitar yardım çatdıracaq

19:0902 Oktyabr, 2024
63
  • A

Rusiya oktyabrın 3-də Livana humanitar yardım edəcək.

Oxu24.com  xəbər verir ki, bunu Rusiyanın Beyrutdakı səfiri Aleksandr Rudakov “Valday” klubunda keçirilən müzakirələr çərçivəsində deyib.

“Hazırda işləyirik, sabah Fövqəladə Hallar Nazirliyindən bura humanitar yardım aparacaq təyyarə gələcək”, - o vurğulayıb.

Rusiyalı diplomat əlavə edib ki, “hər şeyin çox yaxşı olmadığı” şəraitdə tərəflər logistika ilə bağlı məsələləri “əllə” danışıqlar aparmalı və müzakirə etməlidirlər.

Sentyabrın 23-də İsrail Livanda “Şimalın oxları” kod adlı “önləyici hücum əməliyyatına” başladığını elan etdi. Sentyabrın 28-də İsrailin hava zərbəsi ilə Hizbullah lideri Həsən Nəsrullahı öldürdüyü məlum olub. Daha sonra hava hücumunun görüntüləri yayılıb.

Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsindəki Hizbullah hədəflərinə qarşı “məhdud, lokallaşdırılmış və məqsədyönlü reydlərin” başladığını elan edib.

İran İsrailə yüzlərlə raket ataraq Hizbullaha dəstək verib.

Bundan əvvəl Fransa XİN rəhbərinin yaxın vaxtlarda Yaxın Şərqə səfər edəcəyi bildirilirdi.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Egey dənizində güclü zəlzələ baş verdi
Daha bir ölkə ÜST-dən çıxır
Parisdə bomba həyəcanı

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto